
"Sərgilədiyimiz oyuna baxsaq, bu gün biz
məğlub olmamalı idik". Sportnet.az-ın məlumatına görə, bu sözləri Topaz
Premyer Liqasının XXX turunda "Qarabağ"a 0:2 hesabı ilə məğlub olan "Simurq"un
baş məşqçisi Georgi Çixradze deyib.
Gürcü mütəxəssis çətin oyunlar keçirdikləri
üçün heyətdə dəyişikliklər olduğunu və bunun da səhvlərə yol açdığını bildirib:
"Ardıcıl çətin oyunlar keçirmişdik. Buna görə heyətdə müəyyən
dəyişikliklərə getmişdik. Ümumi səhvlər buraxdıq. Bu da qolla nəticələndi. İndi
istirahət etməli və növbəti matça hazırlaşmalıyıq".