1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Arif Əsədov: "Bütün diqqətimizi kuboka yönəltmişik"
"Biz ağır oyuna çıxmışdıq. Kubokdan əlini üzən "Qəbələ” bütün fikrini çempionata yönəldib. Biz isə həm çempionatda, həm də kubokda mübarizə aparırıq". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Arif Əsədov "Qəbələ"yə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXX tur matçından sonra deyib.
44 yaşlı mütəxəssis bildirib ki, sıx qrafik oyunçularda yorğunluğa səbəb olub: "Zədəli oyunçuların olması da oyunumuza təsir etdi. Hazırda bütün diqqətimizi kuboka yönəltmişik və bu matça hazırlaşmalıyıq. Komandam ikinci hissəyə yaxşı başladı. Lakin rəqibin vurduğu ikinci qol çox şeyi həll etdi".
Əsədov FİFA referisi Əliyar Ağayevin hakimliyinə də toxunub: "Hakimlikdən danışmaq istəmirəm. Səhv etmirəmsə, ikinci qolda Cavid Hüseynov əllə oynamışdı. Eyni zamanda, futbolçular ədalətli oyun prinsipinə də əməl edə bilərdilər. Necə ki biz bəzi epizodlarda bunu etdik”.