
Azərbaycan yığma komandalarının qapıçı məşqçiləri üzrə koordinatoru Viktor Miqel Fernandesin rəhbərliyi ilə müxtəlif yaş qruplarından ibarət yığma komandaların, Azərbaycan Premyer Liqası və Birinci divizion klublarının qapıçılar üzrə məşqçiləri üçün AFFA-nın inzibati binasında seminar təşkil olunub. Sportnet.az-ın məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytı xəbər yayıb.
Seminarın növbəti mərhələsi aprelin 27-də keçiriləcək.