"İdmanın yaxın dostu” tituluna müğənni Zamiq ən real namizəddir. Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan milli komandasının və Rusiya "Rubin”inin futbolçusu Ruslan Abışov deyib.
27 yaşlı müdafiəçinin fikrincə, Zamiq hər zaman futbolla maraqlanır və futbolun xəstəsidir: "Onunla yaxşı münasibətimiz var. Görəndə də karyeramla bağlı bütün məlumatları mənə deyir. Tək mən yox, bir çox futbolçular haqqında yaxşı məlumatı var. Ona görə, mən deyərdim ki, Zamiq ən real namizəddir”.
Abışov Zamiqin oyunları izləməyə gəlməmə səbəbini da açıqlayıb: "Mən "Neftçi” klubunda oynadığım vaxtlar müğənni Sevda ilə birgə gəlib oyunlara baxırdılar. Kazanda yaşayan azərbaycanlılar gəlib baxmır, o necə gəlsin? Onların konsertləri daha çox Moskvada olur, mən Kazanda olan vaxtlar orada konsertləri olmayıb”.
Sevinc XANQIZI