"Tam olaraq, nəticə üçün oynadıq. Ağır bir səfərə çıxmışdıq. Futbolçularda psixoloji, fiziki yorğunluq vardı". Sportnet.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun yarımfinal mərhələsində "Simurq"la oyundan (0:0) sonra deyib.
İki oyunun nəticəsinə görə finala adlayan Ağdam təmsilçisinin çalışdırıcısı oyuna belə şərh verib: "Futbolçuları təbrik edirəm ki, xarakter göstərdilər. Azarkeşlərimizi təbrik etmək istəyirəm. "Simurq” barədə isə ancaq xoş sözlər söyləyə bilərəm. Bir zaqatalalı olaraq, baş məşqçi George Çixradzeyə "sağ ol” deməliyəm. Qismət belədir. Biz yolumuza davam edirik. Oyunçularım qarşıdakı matçlarda da xarakter nümayiş etdirməlidirlər. Hiss elədiniz ki, "Simurq”la oyunun son dəqiqələrində sürət zəiflədi. Ola bilsin ki, "Neftçi” ilə çempionat oyununda da belə olsun. Çünki yorğunluq var”.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |