
Misli Premyer Liqasında XX tura start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib.
"Sumqayıt" "Kapital Bank Arena"da "Turan Tovuz"u qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.
Hesabı 28-ci dəqiqədə "gənclik şəhəri" təmsilçisindən Todor Todoroski açıb. 39-cu dəqiqədə qonaqların ən sərrast futbolçusu Runi Eva tarazlığı bərpa edib. 49-cu dəqiqədə isə Sumqayıtın eyniadlı klubunun yeni transferi Karim Abubakar son nöqtəni qoyub.
Bu qələbədən sonra xallarını 15-ə çatdıran "Sumqayıt" turnir cədvəlində "Kəpəz"i qabaqlayaraq, 8-ci pilləyə yüksəlib. 17 xalı olan "Turan Tovuz" isə 6-cıdır.
Qeyd edək ki, turun "Qarabağ" - "Şamaxı" və "Səbail" - "Kəpəz" oyunları yanvarın 31-də, "Qəbələ" - "Sabah" və "Neftçi" - "Zirə" görüşləri isə fevralın 1-də oynanılacaq.
--------------------------------------
Misli Premyer Liqasında XX tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.
12 xalla 9-cu pillədə qərarlaşan "Sumqayıt" "Kapital Bank Arena"da 17 xalla 6-cı olan "Turan Tovuz"u qəbul edəcək.
Komandalar bunadək ölkə çempionatında 2 dəfə üz-üzə gəliblər. Həmin matçların birində Tovuz klubu qələbə qazanıb, digərində isə heç-heçə qeydə alınıb. Bu qarşılaşmalarda "gənclik şəhəri" təmsilçisi qol vura bilməyib.
Azərbaycan Premyer Liqası
XX tur
30 yanvar
18:00. "Sumqayıt” – “Turan Tovuz” - 2:1
Qollar: Todor Todoroski, 28. Karim Abubakar, 49 - Runi Eva, 39
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Rahil Ramazanov, Nicat İsmayıllı
VAR: Fərid Hacıyev
AVAR: Kamal Umudlu
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Kapital Bank Arena”.
Qeyd edək ki, turun "Qarabağ" - "Şamaxı" və "Səbail" - "Kəpəz" oyunları yanvarın 31-də, "Qəbələ" - "Sabah" və "Neftçi" - "Zirə" görüşləri isə fevralın 1-də oynanılacaq.