Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Simurq" və "Qarabağ" arasında keçirilən cavab görüşündə baş verənlərlə bağlı FİFA referisi Orxan Məmmədov fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, Məmmədov Zaqatala təmsilçisinin qolunu qeydə almamasını UEFA-nın qaydaları ilə əsaslandırıb.
Şəxsi "Facebook" səhifəsində feferi bunları yazıb: "Əziz özünə hakim deyib hakimlərin qərarını səhv adlandıranlar və qaydalardan xəbərsiz olanlar. İngiliscə yazılanları oxuyun, videoya baxın və bilin ki, yan xətt hakiminin qərarı düzdür. Bu da sizə sübut. Həmin epizoda aid video və yazı...
UEFA says: By attempting to play the ball in front of the goalkeeper the attacker is impeding his actions. Although we can understand that the goal would have been scored even if the attacker would not have attempted to play the ball then by the new interpretations he must still be called offside. The referees do not have to analyse whether the goalkeeper would or would not have been able to save the shot".
Qeyd edək ki, "Simurq" və "Qarabağ" komandalarının görüşündə yan xətt hakiminin qərarına əsasən Orxan Məmmədov meydan sahiblərinin qolunu qeydə almayıb.