
Ağdamın "Qarabağ" komandasının Avstriyada keçirəcəyi təlim-məşq toplantısı zamanı daha 2 yoxlama oyununda rəqibi müəyyənləşib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "Qarabağ" iyulun 1-də Almaniya regional liqa təmsilçilərindən "SV Wacker Burghausen"lə qarşılaşacaq.
İyulun 4-də isə rəqib Çexiyanın "Viktoriya" (Pilzen) komandası olacaq.
Qeyd edək ki, daha öncə "Qarabağ"ın təlim-məşq toplantısı çərçivəsində iyunun 23-də "Şaxtyor" (Ukrayna), iyunun 28-də isə "Krosnodar" (Rusiya) ilə yoxlama matçı keçirəcəyi açıqlanmışdı.