"Real"ın baş məşqçisi Karlo Ançelotti İspaniya Kral Kubokunun yarımfinalında "Barselona" ilə cavab oyununda (4:0) het-trik edən Kərim Benzemanın çıxışını dəyərləndirib.
Sportnet.az xəbər verir ki, 36 yaşlı hücumçunun əla formada olduğunu deyən çalışdırıcı onun daha bir "Qızıl top" qazanmaq gücündə olduğunu bildirib:
“Benzema millinin oyunları zamanı yaranan fasilədə çox yaxşı hazırlaşıb. Fiziki cəhətdən əla formadadır. Onun bu keyfiyyəti həlledici rol oynayır. Kərim daha bir "Qızıl top" qazana bilər. Çünki o, hələ də dünyanın ən yaxşı hücumçularından biridir”.
Xatırladaq ki, "Qızıl top" mükafatının son sahibi bir neçə gün əvvəl "Valyadolid"lə La Liqa matçında da (6:0) het-trik etmişdi.