“Ximki”nin gənclərdən ibarət komandasının baş məşqçisi Nazim Süleymanov “Stroqino” ilə oyunu şərh edib.
Rusiyanın əvəzedicilərin çempionatında azərbaycanlı məşqçinin komandası ikinci mərhələnin ikinci turundakı görüşdə heç-heçə edib (2:2).
Sportnet.az “Ximki”nin saytına istinadən xəbər verir ki, N.Süleymanov oyunla bağlı danışarkən deyib: “Bugünkü nəticənin həm müsbət, həm də mənfi tərəfləri var. Bir tərəfdən “Stroqino”ya qalib gələ bilmədik. Elə olur ki, komanda rahatlaşır və qapısından qol buraxır. Fasilə zamanı dedik ki, rəqib qol imkanı yarada bilər. Və belə də oldu, “Stroqino” standart vəziyyətdən fərqləndi. Müsbət cəhət odur ki, sona qədər oynadıq və hesabı bərabərləşdirdik. Futbolda hər şey olur. Biz oyunu təhlil edəcəyik və səhvlər üzərində işləyəcəyik. Məqsədimiz gənc futbolçular yetişdirməkdir. Səfər oyununa xüsusi hazırlıq olacaqmı? Səfər oyunlarında futbolçuların psixologiya ilə bağlı bəzi məqamları ola bilər. Düşünürəm ki, evdə də, səfərdə də eyni cür oynamalıyıq. Biz öz oyunumuza əsaslanmalıyıq”.
Qeyd edək ki, "Ximki"nin əvəzedici komandası mübarizəni ikinci "6-lıq" komandaları arasındakı yarışda davam etdirir. Hazırda Süleymanovun çalışdırdığı kollektiv turnir cədvəlində 2 xalla 7-cidir.