Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə "Neftçi" "Bakcell Arena"da "Turan Tovuz"u qəbul edib.
Birinci matçda səfərdə "Turan Tovuz"a 0:1 hesabı ilə uduzan flaqman rəqibinin qapısından iki cavabsız top keçirməyə müvəffəq olub. Hər iki qol uzatma dəqiqələrinə təsadüf edib. 90+3-cü dəqiqədə Emin Mahmudov cərimə zərbəsindən fərqlənərək, hesabı açıb. Oyunun əlavə vaxta uzanacağının ehtimal edildiyi bir vaxtda - 90+8-ci dəqiqədə isə Kenni Sayef əks-hücumu qolla tamamlayıb.
Digər yarımfinal matçında isə "Qəbələ" "ASCO Arena"da "Səbail"in qonağı olacaq. Bu görüş aprelin 27-də gerçəkləşəcək.
Azərbaycan Kuboku
Yarımfinal, cavab oyunu
26 aprel
20:00. "Neftçi" - "Turan Tovuz" - 2:0
Qollar: Emin Mahmudov, 90+3; Kenni Sayef, 90+8
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Vüqar Əliyev (“Neftçi”), 90+8 (qeyri-etik ifadə və ya hərəkət)
İlk oyun - 0:1
Baş hakim: Fərid Hacıyev
Bakı, "Bakcell Arena"
Qeyd edək ki, ölkə kubokunun final oyunu iyunun 3-də "Bakcell Arena"da keçiriləcək.