"Turan-Tovuz" yeni qurulmuş komandadır, həm maliyyə cəhətdən, həm də heyət baxımından məqsədimiz Premyer-Liqada yerimizi qorumaq idi, onun üçün də çalışırıq".
Bu sözləri "Turan-Tovuz"un qapıçısı və kapitanı Kamal Bayramov Sportnet.az-a açıqlamasından deyib. Tərcübəli futbolçu Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Neftçi" 0:2 hesablı məğlubiyyətindən danışıb:
“Hər bir komandanın hədəfi var, bizim də hədəfimiz Premyer-Liqada qalmaq idi, amma Azərbaycan Kubokunda yarımfinala qədər gəlməyi bacardıq. Hər bir işdə bir xeyir var, bizim üçün də xeyirlisi bu imiş. Futboldur, bir gün qalib gələrsən, bir gün bərabərə qalarsan. Əsas irəli baxmaq lazımdır, əzmkar olmalıyıq. Bir tək üzüldüyümüz məqam bizim azarkeşlər idi ki, onlar qələbəyə layiq idilər. Bizi lazımınca dəstəklədilər. Onların üzülməsini heç vaxt istəmərəm, həqiqətən bizə çox dəstək oldular. Fanat ordumuz böyükdür, demək olar Azərbaycanın hər bölgəsindən bizə dəstək olmaq üçün azarkeşlər gəlmişdilər. Onların hər birinə dərin minnətdarlığımı bildirirəm. Var olsun bizim azarkeşlər, onlar ən yaxşışına layiqdirlər!"
Çərçivə qoruyucusu komanda şəklində "Neftçi"yə yaşadıqları həyəcandan da danışıb: "Biz "Neftçi"yə elə bir həyacan yaşatdıq ki, çempionatın sonunadək o həyacanı yadlarından çıxara bilməyəcəklər. Çünkü büdcə baxımından, heyət baxımından və digər məsələlər baxımından "Neftçi" bizdən üstün idi, amma biz onlara elə həyacan, elə bir ajiotaj yaratdıq ki, inanmıram ki, bundan sonrakı oyunlarda özlərini yaxşı tərəfdən göstərə bilsinlər".
Kapitan eyni zamanda üzərinə düşən vəzifələrdən danışıb: "Bilirsiniz, kapitan kimi üzərimdə böyük məsuliyyət var. Komandamın adı böyükdür, Tovuz şəhərinin özü məsuliyyətdir, baş məşqçinin, rəhbərliyin etimadı bir başqa məsuliyyətdir. Bunlara görə daha da özümü məsuliyyətli hiss edirəm. Doğma şəhərim, doğma komandamdır. Əlimdən gələni edirəm ki, komandam üçün yaxşı olsun".
K.Bayramov karyerası haqda bunları danışdı: "Niyə futboldan gedim? Gücüm var, təcrübəm var, özümü cavan hiss edirəm. Oynayacam, komandama kömək edəcəm, yeni titullar qazanacam. Məqsədim, hədəfim var, yalnız davam deyirəm!"