"Son dəqiqələrdə qol buraxmağımız mənə pis təsir elədi. Ümumilikdə götürsək maraqlı, baxımlı oyun alındı". Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov "Neftçi" ilə 2:2 hesablı heç-heçə ilə nəticələnən Premyer Liqanın XXXII tur matçından sonra deyib.
Təcrübəli mütəxəssis futbolçularının çıxışından narazı qaldığını bildirib: "Məndən başqa heç kim bizim oyundan narazı qala bilməz. Çatışmayan cəhət odur ki, qol imkanlarını tam dəyərləndirə bilmədik. Açığı, etdiyim əvəzetmələr uğurlu alınmadı. Meydançaya çıxan futbolçular gücümüzə güc qata bilmədilər”.