
“Mövsümü başa vurduq, bu gün əlimizdən gələni etdik ki, qələbə qazanaq. Rəqibimiz xal itirsə də, avrokuboklara vəsiqə qazana bilmədik. Sona qədər mübarizə apardıq. Son 4 turda yaxşı oynadıq. Futbolçulara təşəkkür etmək istəyirəm. Təbii ki, istərdik nəticə yaxşı olsun amma istədiyimiz nəticəni verə bilmədik”.
Sportnet.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının XXXVI turunda “Sumqayıt”a 0:3 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransıda deyib.
“Dəyişikliklər gözlənilir. Rəhbərliklə geniş müzakirə aparacayıq. Keçən il də bu dəyişikliyə ehtiyacımız var idi. Qarşıdaki günlərdə hər şey bəlli olacaq. Bəli, Keytanın yaxın günlərdə “Qarabağ”a keçidi rəsmiləşəcək. Artıq danışıqlara başlayıblar. Həm “Qarabağ” həm də Keyta üçün uğurlu keçid olacaq.
Rəhim bu gün yaxşı çıxış elədi. Ümumən mövsüm boyu Rəhimdən razı qaldım. Hücum xəttində məhsuldarlığımız az idi.
Gələn il daha keyfiyyətli heyət quracayıq.
Cari mövsümü Rəşad Sadıqov üçün uğursuz adlandırmaq olar. İlin əvvəli bizə 4-cü yer məqsədi qoyulmuşdu. Baxmayaraq ki, rəqiblə eyni xal topladıq, alınmadı. 51 xalla 4-cü olsaydıq belə, mən məmnun olmayacaqdım.
Məni ən çox məyus edən “Qəbələ” ilə oyun idi. 90-cı dəqiqədə meydanın mərkəzindən buraxdığımız qol”.