
Bu gün Misli Premyer Liqasında 36-cı tura yekun vurulub.
Sportnet.az xəbər verir ki, bununla da çempionatımızda 2022/23 mövsümü başa çatıb.
Son oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Neftçi" "Sabah"la üz-üzə gəlib.
Günün digər matçında çempion "Qarabağ" "Turan Tovuz"u qəbul edib.
28 may (bazar)
17:00. “Neftçi” – “Sabah” - 1:0
Qol: Emin Mahmudov, 10
İstifadə olunmamış penalti: Aleksey Kaşuk ("Sabah")
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Eyyub İbrahimov, Fəridə Lütfəliyeva
“Bakcell Arena”
19:30. “Qarabağ” – “Turan Tovuz” 3:1
Qollar: Redom Cica, 2. Leandro Andrade, 48. Musa Qurbanlı, 73 - Runi Eva, 61
Hakimlər: Əli Əliyev, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Rauf Allahverdiyev
“Azersun Arena”