
Azərbaycan I Divizionunda çıxış edən "Turan Tovuz-2" komandası bürünc medallarla mükafatlandırılıb.
Sportnet.az-ın məlumatına görə, mükafatlandırma mərasimi "Azersun Arena"da Misli Premyer Liqasının "Qarabağ" - "Turan Tovuz" oyunundan əvvəl gerçəkləşib.
Medalları Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və klubun yeni himayəçisi "Huner Group"un rəhbəri Ehtiram Quliyev təqdim edib. Tovuz komandası medal sevincini azarkeşləri ilə bölüşüb.
Qeyd edək ki, I Divizionda qızıl medala "Araz Naxçıvan", gümüş medala isə "Neftçi-2" layiq görülüb.