“Sumqayıt” daha bir transfer həyata keçirib.
Sportnet.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. 2022/23 mövsümünü “Kəpəz”də keçirmiş qapıçı Orxan Sadıqlı ilə 2 illik anlaşma əldə edilib.
Qeyd edək ki, Orxan Sadıqlı 2018/19 mövsümündə də “Sumqayıt” FK-nın şərəfini qoruyub (2 oyun). 30 yaşlı qapıçı karyerası ərzində “Xəzər Lənkəran”, “İnter” (Bakı) və “Zirə”də də oynayıb.
Əlavə edək ki, "Sumqayıt" bundan əvvəl "Zirə"dən ayrılan qapıçı Mehdi Cənnətovla da müqavilə imzalayıb.