UEFA Çempionlar Liqasında 2022/2023 mövsümünün final oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, həlledici matçda İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" klubları üz-üzə gəlib.
Görüş "şəhərlilər"in qələbəsi ilə yekunlaşıb - 1:0. Bununla da "Mançester Siti" tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub.
10 iyun
Çempionlar Liqası, final
23:00. "Mançester Siti" (İngiltərə) - "İnter" (İtaliya) 1:0
Qol: Rodri, 68
Baş hakim: Şimon Marçinyak (Polşa)
İstanbul, Atatürk Olimpiya Stadionu