"Neftçi" iyulun 1-dən 15-dək Sankt-Peterburq şəhərində təşkil olunacaq “Matç TV Kuboku” beynəlxalq turnirindəki oyunlarının təqvimi müəyyənləşib.
Sportnet.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, matçlar aşağıda qeyd olunan tarixlərdə keçiriləcək:
Turnirin təqvimi (Bakı vaxtı ilə)
1 iyul
20:30. “Zenit” – “Neftçi” (“Qazprom Arena”)
4 iyul
20:30. “Srvena Zvezda” – “Zenit” (“Qazprom Arena”)
8 iyul
20:30. “Neftçi” – “Srvena Zvezda” (“Smena”)
9 iyul
20:30. “Zenit” – “Fənərbaxça” (“Qazprom Arena”)
12 iyul
20:30. “Fənərbaxça” – “Srvena Zvezda” (“Smena”)
15 iyul
15:00. “Neftçi” – “Fənərbaxça” (“Smena”)
Qeyd edək ki, “Matç TV Kuboku” turnirinin bütün oyunları “Matç TV” və “Matç Premyer” kanallarında canlı yayımlanacaq.
Xatırladaq ki, bu il sözügedən futbol turnirinin iştirakçıları bu klublar olacaq: “Fənərbaxça” (İstanbul, Türkiyə), “Neftçi” (Bakı, Azərbaycan), “Srvena Zvezda” (Belqrad, Serbiya) və “Zenit” (Sankt-Peterburq, Rusiya).