"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki potensial rəqibləri azalıb.
Sportnet.az xəbər verir ki, "köhlən atlar"ın mümkün rəqiblərinin sayı beşə düşüb.
Azərbaycan çempionu Polşanın “Rakuv”, Lüksemburqun “Hesperange”, Latviyanın “Valmiera”, Şimali İrlandiyanın “Larne” və ya Cəbəllütariqin “Linkoln” kollektivi ilə üz-üzə gələ bilər.
Qeyd edək ki, I təsnifat mərhələsinin püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.