
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu "Vulverhempton"un yarımmüdafiəçi Ruben Nevesi transfer edib.
Sportnet.az klubun saytına istinadən xəbər verir ki, portuqaliyalı futbolçu ilə 2026-cı ilin yayına qədər müqavilə imzalanıb.
Britaniya mətbuatı bu transfer üçün "Əl-Hilal"ın 47 milyon funt sterlinq təzminat ödədiyini yazıb.
Qeyd edək ki, R.Neves 2017-ci ildən "Vulverhempton"da oynayırdı. O, 2022/2023 mövsümündə İngiltərə Premyer Liqasında 35 oyuna çıxıb, 6 qol vurub, 1 qolun ötürməsini verib. Futbolçunun "Vulverhempton"la müqaviləsinin başa çatmasına bir il qalmışdı.
Xatırladaq ki, “Vulverhempton” keçirdiyi 38 oyundan 41 xal toplayaraq mövsümü turnir cədvəlinin 13-cü pilləsində başa vurub.