İspaniyanın "Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az xəbər verir ki, hazırkı ölkə çempionu son olaraq İngiltərə "Mançester Siti"sində çıxış etmiş İlkay Gündoğanın keçidini rəsmiləşdirib.
Qeyd edək ki, 2016-cı ildən "şəhərlilər"in formasını geyinən 33 yaşlı yarımmüdafiəçi 5 dəfə İngiltərə Premyer Liqasının, iki dəfə ölkə kubokunun, bir dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.