
Ukraynanın “Dinamo” (Kiyev) klubunun sabiq futbolçusu Mohammed Kadiri “Araz-Naxçıvan”la müqavilə bağlayıb.
Sportnet.az xəbər verir ki, qanalı yarımmüdafiəçi yeni komandası ilə münasibətləri rəsmiləşdirib.
Bir neçə gündür Naxçıvan təmsilçisinin düşərgəsində olan 27 yaşlı dayaq yarımmüdafiəçisi klubla 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, karyerasına ölkəsinin “Aşanti Qold” klubunda başlayan Mohammed Kadiri, həmçinin, “Austriya” (Avstriya), “Arsenal” (Tula, Rusiya), “Dinamo”, “Çernomorets” (hər ikisi Ukrayna) və “Honved”in (Macarıstan) formasını geyinib.