
"Maraqlı oyun oldu. Hər iki komanda yaxşı futbol sərgilədi". Sportnet.az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının XXXIII turunda "Qarabağ"la oyundan sonra deyib.
Təcrübəli mütəxəssis 1:1 hesabı ilə bitən matç haqda bunları deyib: "Rəqibimizə uğurlar arzu edirəm. İnanıram ki, "Qarabağ” bu il də Azərbaycan çempionu olacaq. "Qarabağ” kimi komandaya qol vurmaq özü bir qəhrəmanlıqdır”.