
"Qəbələ” ilə matçdan sonra, yəqin ki, fikirlərimi oxumuşdunuz. Bildirmişdim ki, "Xəzər Lənkəran”a qarşı oynamaq bizim üçün çətin olacaq". Sportnet.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının XXXIII turunda "Xəzər Lənkəran"la oyundan sonra deyib.
43 yaşlı mütəxəssis səfərdə 1:1 hesabı ilə bitən matça belə şərh verib: "Rəqibin heyətindəki gənc və istəkli futbolçular, məncə, tam güclərini ortaya qoydular. Onlardan xoşum gəldi. Futbolçularımdan ciddi narazılığım yoxdur. Uzun yoldan sonra futbolçularım yaxşı təsir bağışladılar. Mövsümün sonuna doğru getdikcə yorğunluq meydana gəlir”.