
"Bu gün ilk hissənin son dəqiqəsində qol buraxdıq. Həmin qola qədər çox yaxşı oynadıq". Sportnet.az-ın məlumatına görə, bu sözləri "Bakı"nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının XXXIII turunda AZAL ilə oyundan sonra deyib.
Türkiyəli mütəxəssis 0:2 hesabı ilə məğlub olduqları matç haqda qısa danışıb: "İkinci hissədə vəziyyəti düzəltməyə çalışsaq da, alınmadı. AZAL komandasını qələbə münasibəti ilə təbrik edirəm”.