
"Neftçi"nin yarımmüdafiəçisi Kenni Sayef, Misli Premyer Liqasının 8-ci turu çərçivəsində qarşılaşacaqları "Turan Tovuz" haqda danışıb.
Sportnet.az xəbər verir ki, amerikalı futbolçunun sözlərinə görə "ağ-qaralar" Tovuza qələbə üçün gedir:
"Diqqətimizi oyuna cəmləmişik. Hamımız tam köklənmişik, bizi çətin qarşılaşma gözləyir amma biz qalib gəlmək və 3 xalı qazanmaq üçün oraya gedirik. Daha sonra irəli baxacayıq. Düşünürəm ki, biz hazırıq. Hələ qarşıda 2 günümüz var, yəni daha 2 gün hazırlaşacayıq. Beləliklə oyuna 100 faiz hazır ola bilərik. Düşünürəm ki, bu, "Turan"a qarşı oynayan hər komanda üçün problemdir, təbii ki, 6-7 saatlıq yol getdikdən sonra süni ot örtüyündə oynamaq elə də asan deyil.
Yuri Matias komanda üçün çox vacib fiqurdur. Mən inanıram ki, "Turan Tovuz"a qarşı oynayacaq futbolçular öz işlərinin öhdəsindən layiqincə gələcəklər. Çünki bura "Neftçi"dir və meydana çıxan hər kəs özünün 100-də 100-ünü etməyə çalışacaq".
Qeyd edək ki, sentyabrın 30-da Tovuz şəhər stadionunda keçiriləcək oyun saat 16:00-da başlanacaq.