"Azərbaycan yığması səviyyə baxımından bizə ən yaxın olan komandadır".
Sportnet.az xəbər verir ki, bunu Estoniya millisinin baş məşqçisi Tomas Heberli evdə Azərbaycana qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ matçından əvvəl mətbuat konfransında deyib.
İsveçrəli mütəxəssis Bakıda 1:1 hesabı ilə başa çatan qarşılaşmada yaxşı oynadıqlarını bildirib: "Rəqibin texniki və emosional kollektivi var. Futbolçuları da yaxşı səviyyədədir. Oyuna nəzarət etməyi bacarmalıyıq. Onlar da topla oynamağı sevirlər. Bu səbəbdən hücum və müdafiə arasında tarazlıq tapmalıyıq".
Qeyd edək ki, oktyabrın 13-də Tallində reallaşacaq Estoniya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.