Azərbaycan minifutbol millisinin Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.
Sportnet.az xəbər verir ki, baş məşqçi Elşad Quliyev 16 oyunçuya dəvət göndərib.
Onların arasında futbol üzrə Azərbaycan yığmasının sabiq oyunçusu Təmkin Xəlilzadə və futzal yığmamızın keçmiş kapitanı Rizvan Fərzəliyev də var:
Davud Kərimi, Ağaseyid Qasımov, Tural Nərimanov, Rəvan Kərimov, Taleh Babayev, Mirkamil Əliyev, Seymur Məmmədov, Aleksandr Şemonayev (hamısı “Zirə”), Rizvan Fərzəliyev, Elvin Əlizadə, Cəfər Cəfərov, Mirmehdi Rzayev, Vəli Qafarov, Vüsal İsayev, Təmkin Xəlilzadə, Eşqin Tağıyev (hamısı “Birbaşa Bakı”).
Qeyd edək ki, ötən il Avropa çempionu olan Azərbaycan millisi dünya çempionatının G qrupunda İraq, Misir və Tunislə mübarizə aparacaq. Komanda ilk oyununu oktyabrın 27-də İraqa qarşı keçirəcək. Milli bundan iki gün sonra Misirlə, oktyabrın 31-də isə Tunislə üz-üzə gələcək. Qrupda ilk iki yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar.