Albaniyada Superliqasında 9-cu turun oyunları keçirilir.
Sportnet.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya” səfərdə “Tirana” ilə qarşılaşıb. Matç qonaq komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
"Eqnatiya" - "Tirana" - 2:3
Qollar: Lulaj, 4 (1:0), Dvamena, 29 (1:1), Kaina, 35 (2:1), Dvamena, 53 (2:2), Pauluskas, 63 (2:3)
V.İsgəndərli ehtiyat oyunçular skamyasında görüşə başlayıb və 72-ci dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, "Eqnatiya" 19 xalla çempionata başçılıq edir.