
Bu gün Misli Premyer Liqasında 11-ci tura start verilib.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. Lider "Zirə" 3-cü yerdəki "Səbail"lə heç-heçə edib.
Bu gün həmçinin Premyer Liqada Qərb derbisi oynanılıb. "Turan Tovuz" "Kəpəz"lə üz-üzə gəlib. Görüşdə "Turan Tovuz" 4:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, tura 29-30 oktyabr tarixlərində keçiriləcək oyunlarla yekun vurulacaq.
28 oktyabr (şənbə)
19:00. “Turan Tovuz” – “Kəpəz” - 4:0
Qollar: Otto Con, 45 (1:0), Roderik Miller, 54 (2:0), Sərtan Taşkın, 58 (3:0), Luis Paçu, 67 (4:0)
Hakimlər: İnqilab Məmmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı
Tovuz şəhər stadionu
16:00. “Zirə” – “Səbail” - 2:2
Qollar: İssa Cibrilla, 19 (1:0), Pedro Nuno, 31 (1:1), 34 (1:2), Rüstəm Əhmədzadə, 78 (2:2)
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamran Əliyev
Zirə İK stadionu