Azərbaycan kubokunda legioner limiti Premyer Liqaya uyğun olacaq.
Sportnet.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov Azərbaycan Kubokunun 2023/2024 mövsümünün püşkatma mərasimində məlumat verib. O bildirib ki, komandalar meydançada 7 əcnəbi oyunçudan yararlana biləcəklər.
E.Abbasov ölkə kubokunda VAR sistemindən istifadə olunacağını söyləyib: "Ancaq bu, yalnız sistem quraşdırılan stadionlarda olacaq”.