
Azərbaycan Premyer Liqasında 12-ci turun oyunları davam edir.
QOL.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib. Son çempion "Qarabağ" "Kəpəz"i qəbul edib və 7:1 hesabı ilə qalib gəlib. Bu qələbə ilə xalını 23-ə yüksəldən Ağdam təmsilçisi liderliyə yüksəlib. 2-ci pillədəki "Zirə" sabah "Sabah"ı məğlub etsə, yenidən liderliyi bərpa edəcək.
Günün son qarşılaşmasında "Araz-Naxçıvan" "Sumqayıt"ın qonağı olub və 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.
4 noyabr (şənbə)
18:00.“Sumqayıt” – “Araz-Naxçıvan” - 2:0
Qollar: Rövlan Muradov, 15, Roi Kehat, 69
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Fərid Hacıyev
“Kapital Bank Arena”
16:00.“Qarabağ” – “Kəpəz” - 7:1
Qollar: Yassin Benzia, 2 (1:0), Leandro Andrade, 13 (2:0), Yassin Benzia, 15 (3:0), Adama Niane, 18 (3:1), Olavio Juninyo, 37 (4:1), Yassin Benzia, 43 (5:1), Leandro Andrade, 50 (6:1), Nəriman Axundzadə, 63 (7:1)
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Rahil Ramazanov, Rəvan Həmzəzadə
Tofiq Bəhramov adına Respublika Stadionu