Azərbaycan Premyer Liqasında noyabrın ən yaxşı qolu müəyyənləşib.
Sportnet.az PFL-in saytına istinadən xəbər verir ki, Rövlan Muradovun 12-ci turda "Araz-Naxçıvan"a qarşı matçda vurduğu qol ötən ayın ən yaxşısı seçilib. Ona 16-cı turun “Sumqayıt” – “Qarabağ” görüşündən əvvəl mükafat təqdim olunub. Mükafat 1000 manatdır.
Rövlana mükafatları "Kapital Bank Arena"da Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev təqdim edib.