FİFA-nın baş katibi Fatma Samoura “Zirə” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədovla görüşüb.
Sportnet.az xəbər verir ki, qonaq Azərbaycan Premyer Liqasının “Zirə” - “Araz Naxçıvan” oyununu izləyib.
Fatma Samouraya ”Zirə” futbol klubunun simvolik forması təqdim edilib.
Oyunu izləyənlər arasında AFFA prezidenti Rövnəq Abdullayev, FIFA-nın Avropa Milli Assosiasiyalar üzrə direktoru Elxan Məmmədov, AFFA-nın baş katibi Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov da olub.