Azərbaycan Premyer Liqasında XXXIV turun "İnter”lə oyunu "Qəbələ"nin futbolçusu Rafael Santos üçün əlamətdar olub. Sportnet.az-ın məlumatına görə, braziliyallı müdafiəçi "qırmızı-qaralar"ın heyətində 50-ci matçına çıxıb.
Komandada 2-ci mövsümünü keçirən müdafiəçi 42 çempionat, 6 kubok və 2 avrokubok qarşılaşmasının iştirakçısı olub. Özünün debüt – 2013/2014 mövsümündə 15 Premyer Liqa və 3 kubok matçında forma geyən cənubi amerikalı cari mövsümdə 3 turnirin iştirakçısı olub. Avropa Liqasının 2 qarşılaşmasından sonra cənubi amerikalı 27 çempionat və 3 kubok oyununda çıxış edib.
Qeyd edək ki, Rafael Santos "Qəbələ”də 50 və daha çox oyun keçirmiş 27-ci futbolçudur.