1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin yeni transferi Misir millisinə qol vurdu
“Qəbələ”nin futbolçusu Klesio Bauk Mozambik milli komandasında növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, “qırmızı-qaralar”ın bu il heyətinə qaytardığı 29 yaşlı yarımmüdafiəçi Afrika Millətlər Kubokunda meydana çıxıb.
Bauk qrup mərhələsinin I turunun Misirlə görüşünün ikinci hissəsində oyuna daxil olub. Klesio 58-ci dəqiqədə vurduğu qolla komandasını hesabda önə çıxarıb – 2:1. Lakin rəqib komanda Məhəmməd Salahın 90+7-ci dəqiqədə vurduğu penalti zərbəsi ilə hesabı bərabərləşdirib – 2:2.
Bu, Baukun Mozambik millisində 50-ci matçı olub. O, yığmada 9-cu qoluna imza atıb.
Qeyd edək ki, Mozambik və Misir millilərinin yer aldığı B qrupunda Kabo-Verde ilə Qana yığmaları da mübarizə aparır.