Azərbaycan çempionu “Qarabağ”ın baş məqşçisi Qurban Qurbanov Almaniyaya səfər edib.
Sportnet.az xəbər verir ki, 51 yaşlı mütəxəssis “Bayer”in bazasına baş çəkib.
Səfər zamanı Qurbanov Levekuzen klubunun baş məşqçisi Xabi Alonso ilə görüşüb. Görüş zamanı mütəxəssislər öz təcrübələrini bölüşüblər, müasir futbolun inkişafı istiqamətində geniş fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsində “Bayer”lə eyni qrupda yer alıb. Səfərdə 1:5 hesabı ilə uduzan Ağdam klubu Bakıda 0:1 hesabı ilə məğlub olub.