İspaniyanın "Real Madrid" klubu icarə əsasında komandada çıxış edən ispan qapıçı Kepa Arrisabalaqa ilə bağlı qərar verib.
Sportnet.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, qolkiper növbəti mövsüm paytaxt təmsilçisində qalmayacaq.
O, müqavilə ilə məxsus olduğu İngiltərə təmsilçisi "Çelsi"yə qayıdacaq.
Baş məşqçi Karlo Ançelotti əsas qapıçı kimi Tibo Kurtuanı görür və onun ukraynalı həmkarı Luninə də şans verəcək.