İtaliya təmsilçisi “Latsio” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Almaniyanın “Bavariya” klubuna 1:0 hesabı ilə qalib gəlib.
Sportnet.az xəbər verir ki, görüş İtaliyada baş tutub.
Oyunda yeganə qolu 69-cu dəqiqədə Çiro İmmobile penaltidən vurub.
Günün digər oyununda İspaniyanın “Real Sosyedad” klubu Fransada PSJ-yə 2:0 hesabı ilə yenilib.
Paris klubunun qollarını Kilian Mbappe (58-ci dəqiqə) və Bradli Barkola (70-ci dəqiqə) vurublar.
Cavab qarşılaşmaları martın 5-də müvafiq olaraq Münxen və San-Sebastyan şəhərlərində baş tutacaq.
---------------------------------
Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində daha iki oyun keçiriləcək.
Sportnet.az xəbər verir ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
“Latsio” komandası İtaliyada Almaniya nəhəngi “Bavariya”nı qəbul edəcək. Fransa çempionu PSJ isə doğma meydanda İspaniya “Real Sosyedad”ı ilə qarşılaşacaq.
Bu komandalar arasında cavab oyunları martın 6-da baş tutacaq.
Qeyd edək ki, 1/8 finalın ilk görüşlərində İngiltərənin “Mançester Siti” klubu Danimarkada “Kopenhagen”i 3:1, İspaniya “Real Madrid”i isə Almaniyada “Leyptsiq”i 1:0 hesabı ilə məğlub edib.