İspaniyanın “Real” klubunun sabiq baş məşqçisi Zinəddin Zidanın karyerasını Almaniyada davam etdirə bilər.
Sportnet.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, “Bavariya” rəhbərliyi təcrübəli mütəxəssisi baş məşqçi postuna gətirməkdə maraqlıdır.
Münhen təmsilçisi artıq Zidanın nümayəndələri ilə əlaqə də saxlayıb.
Tomas Tuxelin yaxın vaxtlarda və ya mövsümün sonunda komandadan ayrılacağı gözlənilir.
Qeyd edək ki, Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real”da işləyib, komanda ilə iki dəfə La Liqanı, üç dəfə UEFA Çempionlar Liqasını qazanıb.