
"Yaxşı oynadıq. Azarkeşləri, futbolçuları təbrik edirəm. Düşünürəm ki, oyunumuzun nəticəsi qələbə olmalı idi". Sportnet.az-ın məlumatıan görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının XXXV turunda "Xəzər Lənkəran"la oyundan sonra deyib.
43 yaşlı mütəxəssis 2:0 hesabı ilə qalib gəldikləri matç haqda fikilərini belə tamamlayıb: "Mən rəqibin qapıçısı Tərlan Qasımzadənin oyununu qeyd etməliyəm. Daha çox qol vura bilərdik. Amma Tərlan yaxşı çıxış etdi”.