İtaliyanın "Leççe" klubu baş məşqçisi Roberto D'Aversa ilə yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Mütəxəssisin "Verona" ilə matçdan sonra baş verən hadisələrə görə vəzifəsindən azad edildiyi vurğulanıb. Klub məşqçiyə və onun köməkçilərinə xidmətlərinə görə təşəkkür edib.
Qeyd edək ki, Roberto D'Aversa martın 10-da "Verona"ya 0:1 hesabı ilə uduzduqları qarşılaşmadan sonra rəqib futbolçu Toma Anrini kəllə ilə vurub.