İsveç kubokunda finalçılar müəyyənləşib.
Sportnet.az xəbər verir ki, 2-ci yarımfinal görüşündə Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının çıxış etdiyi “Yurqorden” Stokholm derbisində AİK-lə üz-üzə gəlib.
Əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçın qalibi penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Yurqorden" 3:2 hesabı ilə qalib gələrək finala yüksəlib. Musa bugünkü görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Yurqorden” mayın 9-da keçiriləcək final matçında “Malmö” ilə qarşılaşacaq.