1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" üçüncü oldu
"Qəbələ” Futbol Akademiyasının daha iki komandası mövsümü başa vurub. Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 19 yaşadək futbolçulardan ibarət komanda U-19 Liqasının son turunda "Əlincə” ilə qarşılaşıb.
Məhsuldar keçən görüşdə "qırmızı-qaralar” böyükhesablı qələbə qazanıb – 6:3. Bu da komandanın mövsümdə 20-ci qələbəsi olub. U-19 Liqasında daha 2 oyunda 1 xal qazanıb, 8 dəfə məğlub olan "Qəbələ” 73 qol vurub, 37-ni buraxıb. Yarışı 62 xalla tamamlayan U-19 mövsümü 3-cü pillədə, bürünc medallarla başa vurub.
Bu mükafat akademiyanın yetirmələrinin cari mövsüm kubok yarışlarını nəzərə almasaq, liqalarda qazandığı 6-cı medaldır. U-17 və U-10-nun çempion olduğu mövsümdə U-12, U-15 və U-16 ikinci yeri tutub.
Bu həftə U-11 də mövsümə yekun vurub. 3-cü yer uğrunda qarşılaşmada "Xəzər Lənkəran”a uduzan "qırmızı-qaralar” yarışı 4-cü pillədə başa vurub. Yarışda ümumilikdə 15 matç keçirən komanda 11 qələbə qazanıb, 1 heç-heçə edib və 3 məğlubiyyət alıb. 91 qol vuran U-11 bu qarşılaşmalarda 20 top buraxıb.