AVRO-2024-ün pley-off mərhələsində finalçılar müəyyənləşib.
Sportnet.az xəbər verir ki, A Liqasında Polşa Estoniyanı 5:1, Uels Finlandiyanı 4:1 hesabı ilə məğlub edib.
B Liqasında Ukrayna Bosniya və Herseqovinanya 2:1, İslandiya İsrailə 4:1 hesabı ilə qalib gəlib.
C Liqasında isə Gürcüstan Lüksemburqu 2:0, Yunanıstan Qazaxıstanı 5:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, pley-offun finalında Polşa - Uels, Ukrayna - İslandiya və Gürcüstan - Yunanıstan komandaları üz-üzə gələcəklər. Oyunlar martın 26-da keçiriləcək.
Qalib gələn üç yığma bu il Almaniyada keçiriləcək Avropa çempionatına vəsiqə əldə edəcək.
---------------------------------------
Bu gün AVRO-2024-ün final mərhələsinə vəsiqə uğrunda pley-off oyunları keçiriləcək.
Sportnet.az xəbər verir ki, Millətlər Liqası xəttindən daha 3 komanda final mərhələsinə vəsiqə qazanacaq.
Yarımfinalda A Liqasında Polşa-Estoniya, Uels-Finlandiya, B Liqasında Bosniya və Herseqovina - Ukrayna, İsrail - İslandiya, C Liqasında Gürcüstan - Lüksemburq, Yunanıstan - Qazaxıstan görüşləri keçiriləcək. Qalib gələn millilər finala yüksələcəklər.
Qeyd edək ki, finallar isə martın 26-da olacaq. Finalın üç qalibi bu il Almaniyada keçiriləcək Avropa çempionatında iştirak edəcək.
Avro-2024, pley-off
A Liqası
23:45 Polşa - Estoniya - 5:1
23:45 Uels - Finlandiya - 4:1
B Liqası
23:45 Bosniya və Herseqovina - Ukrayna - 1:2
23:45 İsrail - İslandiya - 1:4
C Liqası
21:00 Gürcüstan - Lüksemburq - 2:0
23:45 Yunanıstan - Qazaxıstan - 5:0