Azərbaycan Premyer Liqasında XXXIII tura yekun vurulub.
Sportnet.az xəbər verir ki, turun sonuncu matçında "Səbail" "Qəbələ"ni qəbul edib.
Məhsuldarlığı ilə yadda qalan görüşdə əyalət təmsilçisi 3:2 hesablı qələbə qazanıb.
Qarşılaşmada hesabı 17-ci dəqiqədə ev sahiblərinin heyətində penaltini dəqiq yerinə yetirən Aleksandr Ramalinqom açıb. Cəmi 3 dəqiqə sonra Osama Xalayla status-kvonu bərpa edib. 32-ci dəqiqədə Əyyub Allaş qonaqları hesabda önə çıxarıb. Fasiləyə 5 dəqiqə qalmış Pedro Nuno vurduğu qolla oyuna yenidən tarazlıq gətirib. 56-cı dəqiqədə “qırmızı-qaralar”ın heyətində dubl edən Osama Xalayla yekun hesabı müəyyənləşdirib.
Bu nəticənin ardından autsayder “Qəbələ” xal ehtiyatını 20-yə yüksəldib. Şahin Diniyevin komandası isə 45 xalda qalıb.
Qeyd edək ki, XXXIII turun digər görüşlərində "Qarabağ" "Neftçi"ni (5:0), "Zirə" "Turan Tovuz"u (2:1), "Sabah" isə "Araz-Naxçıvan"ı (1:0) məğlub edib. "Kəpəz" - "Sumqayıt" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.
--------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXXIII tura yekun vurulacaq.
Sportnet.az xəbər verir ki, sonuncu matçda "Səbail" "Qəbələ"ni qəbul edəcək.
"ASCO Arena"da reallaşacaq qarşılaşma saat 19:00-da start götürəcək. Görüşü Əli Əliyevin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Paytaxt klubu 32 oyundan sonra 42 xalla 6-cı, qonaqlar 17 xalla sonuncu - onuncu pillədə qərarlaşıb. "Qəbələ"nin mövsümü sonuncu sırada başa vuracağı dəqiqləşib.
Azərbaycan Premyer Liqası
XXXIII tur
19:00. “Səbail”– “Qəbələ” - 2:3
Qollar: Aleksandr Rmalinqom, 17 (pen.). Pedro Nunu, 40 (pen.) - Osama Xalayla, 20; 56 (pen.). Əyyub Allaş, 32
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Eyyub İbrahimov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“ASCO Arena”
Qeyd edək ki, XXXIII turda "Qarabağ" "Neftçi"ni (5:0), "Zirə" "Turan Tovuz"u (2:1), "Sabah" isə "Araz-Naxçıvan"ı (1:0) məğlub edib. "Kəpəz" - "Sumqayıt" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.