
"Neftçi"nin futbolçusu Reziuan Mirzovun agenti Aleksandr Klyuyev rusiyalı yarımmüdafiəçinin klubla müqaviləsinin uzadılması ehtimalındanı danışıb.
Sportnet.az xəbər verir ki, o, "Match TV"yə açıqlamasında iyunun 30-da "ağ-qaralar"la sözləşməsi başa çatacaq futbolçunun qərar ını qarşıdakı iki oyundan sonra verəcəyini deyib:
"Bəli, Mirzovun "Neftçi" ilə müqaviləsi başa çatır. İndi Azərbaycan çempionatının son oyunları olacaq və bundan sonra vəziyyətə baxacağıq. Hələlik əlavə etmək üçün başqa heç nə yoxdur".
Qeyd edək ki, Reziuan Mirzov "Neftçi"yə mövsümün əvvəlində "Ximki"dən keçib. 30 yaşlı futbolçu komandada 24 oyuna 1 qol vurub, 1 qol ötürməsi edib.