Azərbaycan Premyer Liqasının XXXV turunda bu gün keçiriləcək “Kəpəz” – “Zirə” oyununa əcnəbi VAR hakiminin təyin edilməməsinin səbəbi bəlli olub.
Sportnet.az xəbər verir ki, bu addım mərkəzləşdirilmiş VAR otağı lazım olduğu üçün atılıb.
“Ona görə Bakı və Bakıətrafı oyunlara təyinat olub. Bugünkü matçların nəticəsinə əsasən, son turun görüşlərində də xaricdən dəvət olunmuş VAR hakimləri olacaq. “Zirə” klubunun oyununa da əcnəbi mütəxəssislərin təyinat alma ehtimalı yüksəkdir”, - milli assosiasiyadan bildirilib.
Qeyd edək ki, Tovuzda oynanılacaq “Kəpəz” – “Zirə” matçı saat 17:00-da start götürəcək. Oyunun VAR hakimi Elçin Məsiyevdir.
“Zirə” bu mövsüm “Neftçi”, “Sabah” və “Sumqayıt”la birlikdə avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. (Azərtac)