
"Cari mövsümdə sonuncu oyunumuzu keçirdik. "Xəzər Lənkəran” olaraq gəncləşdirmə siyasətinə əl atanda çoxu bizi qınadı. Amma biz növbəti mövsümləri nəzərə alaraq baza hazırlamağa çalışdıq". Sportnet.az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran"ın məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının son turunda "Simurq"la oyundan (0:0) sonra deyib.
41 yaşlı mütəxəssis sözlərinə belə davam edib: "Düşünürəm ki, vəzifənin öhdəsindən gəldik. Bundan əlavə Elnur Cəfərovun 18 yaşında milli komandaya dəvət alması bizi sevindirdi. Ümidvaram ki, uğurlarımız daha da çoxalacaq".